Putinin Xankəndidəki “sirli” plakatı İrəvanı qorxuya saldı – VİDEO

Vladimir Putinin 2022-ci il oktyabrın 7-də Xankəndidəki “Biz və bizim dağlar” abidəsinin qarşısında qaldırılan plakatı bu dəfə Ermənistanda nümayiş olunub. 

Globalinfo.az xəbər verir ki, eyni plakat Ermənistanın Armavir (Sərdərabad – red.) bölgəsində naməlum şəxslər tərəfindən, bu dəfə Rusiya prezidentinin seçkilərdəki qələbəsi münasibətilə qaldırılıb.

İrəvan hökumətinə bağlı “Baqramyan26” Teleqram kanalı o zaman Putinin plakatı qaldırıldıqdan sonra Ermənistanın Qarabağa nəzarəti itirdiyini xatırladıb. Həmçinin eyni plakatın bu dəfə Ermənistan ərazisində qaldırılmasına diqqət çəkib.

Ermənistan hüquq-mühafizə orqanlarının məsələni araşdırması və bu istiqamətdə zəruri tədbirlər görməsi tələb edilir.

Ayşən Mustafa
Globalinfo.az