Putin Ermənistana bu tarixdə gedəcək

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Ermənistanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Gələn həftə KTMT sammiti üçün Ermənistana səfər və Rusiya-Kuba danışıqları olacaq”, – Kremlin sözçüsü Rusiya Prezidentinin gələn həftəyə planlaşdırılan iş qrafiki barədə danışarkən deyib.