Rəisi də peycer vasitəsilə öldürülüb? – FOTO

Livanda peycerlərin partladılması əməliyyatı İranın mərhum prezidenti İbrahim Rəisinin ölümünə yenidən baxılmasını gündəmə gətirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediasında məlumat yayılıb.

KİV Rəisinin peycerlə görüntüsünü yayaraq iddianın araşdırılmasının zəruri olduğunu yazıb.

“İran peycerlərini sındıran və partlayıcılar yerləşdirən İsrailin Rəisinin helikopterinin dağa çırpılmasında əli ola bilərmi? Peycerlərin partladılmasından sonra Prezident İbrahim Rəisinin öldürülməsi versiyasına yenidən baxılmalıdır”, – məlumatda bildirilib.