
“Putinin sözünə inanmaq olmaz, onun hərəkətlərinə baxmaq lazımdır”.
Globalinfo.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanın birtərəfli atəşkəs elanına cavab verib.
O, Kiyevin bu atəşkəsi qəbul edib-etməyəcəyi ilə bağlı konkret açıqlama verməyib.
“Biz hələ martın 11-də Ciddədə ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəslə bağlı şərtsiz razılıq vermişdik. Rusiya bu təklifi rədd etdi və bu imtina artıq 39 gündür ki, davam edir”, – deyə Sibiqa bildirib.
Nazir əlavə edib ki, indi isə Putin guya atəşkəsə hazır olduğunu bəyan edir.
“30 gün əvəzinə 30 saat. Təəssüf ki, onun sözlərinin əməlləri ilə uyğun gəlmədiyini gördüyümüz uzun bir tariximiz var. Biz bilirik ki, onun sözlərinə inanmaq olmaz və ona görə də yalnız əməllərinə baxacağıq”, – Sibiqa əlavə edib.
Ukraynalı nazir həmçinin beynəlxalq ictimaiyyətə də səslənib,
“Biz bütün tərəfdaşlarımızı və beynəlxalq ictimaiyyəti ayıq-sayıqlığa çağırırıq. Söz deyil, yalnız əməl həqiqəti ortaya qoyur: bu müharibə yalnız Rusiya səbəbindən başlayıb və davam edir”, – o qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az