Putindən Qərbə qarşı strateji həmlə: Əzəli düşmənləri müttəfiq olacaq, Bakı isə…

20240517 221615

“Hindistanın baş nazirinin Moskvaya səfəri Rusiya ilə tərəfdaşlıq əlaqələrini gücləndirmək niyyətinin ifadəsidir. Rusiya da Qərbin geosiyasi təzyiqlərinə tab gətirmək üçün Çinlə yanaşı, Hindistanla da tərəfdaşlıq proqramını qüvvətləndirir. Lakin Rusiya ilə Çinin daha geniş əlaqələri, görünür, Rusiya-Hindistan arasındakı münasibətlərə bəlkə də kölgə salmışdı”.

Bu sözləri Globalinfo.az -a analitik Aqşin Kərimov Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi Moskva yaxınlığındakı Novo-Oqarevodakı iqamətgahda çay süfrəsi arxasında görüşməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Modinin Rusiyaya səfəri Moskva ilə əlaqələrdə Hindistanın Çinə qarşı strateji tarazlıq qurmaq siyasətinin davamıdır:

“Bunlara rəğmən, Hindistan-Rusiya münasibətlərinin hazırkı miqyası və məntiqi daha çox Ukraynadakı müharibə ilə əlaqəli görünməkdədir.
Rusiya Hindistanın dəstəyinə ehtiyac duyur və bununla Qərbə qarşı cəbhənin sıralarını genişləndirməyi hədəfləyir. İrəlidə Rusiya ilə Hindistanın həmin istiqamətdə ikitərəfli əlaqələri dərinləşdirəcəyi istisna deyil. Bunun üçün iki ölkənin yeni reallıqlara uyğunlaşan oxşar prioritetlər ortaya çıxaracağı gözlənilir.

Aqsin K%C9%99rimov
Aqşin Kərimov

Rusiya ilə Hindistanı bir dairədə fırlanmağa məcbur edən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə də nəzər salmaq istərdim. Hər iki dövlət beynəlxalq təchizat zəncirlərində qırışların yarandığı zamanda Dəhliz faktorunu işə salırlar. Rusiya ilə Hindistanın Dəhliz üzrə prioritetləri Azərbaycan üçün də tendensiyaların qiyməytləndirilməsini zəruri edir. Çünki Azərbaycan Şimal-Cənub Dəhlizində tranzit statusdadır və bu, geniş coğrafiya boyunca strateji maraqların uzlaşdırılmasını təmin edən faktora çevrilir”.

“Buna görə də, güman edirəm, Putinlə Modinin görüşündə Dəhliz üzərindən Azərbaycanla bağlı məsələləri əhatə edən müzakirələr mümkündür.
Bu baxımdan Azərbaycan xarici siyasətdə “Rusiya-Hindistan görüşünün Bakı üçün faydaları” prioritetlərinə diqqət yetirə bilər.
Bu, Azərbaycanın Rusiya və Hindistanla əlaqələrini daha genişmiqyaslı etmək üçün vacibdir”, – analitik bildirib.

Turan Rzayev
Globalinfo.az