
“Rusiya və ABŞ prezidentləri arasında görüş ehtiyac yaranan kimi təşkil olunacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O əlavə edib ki, Rusiya və ABŞ qarşılıqlı təmasları davam etdirir:
“Lakin hazırda bu fəaliyyət prezidentlər səviyyəsində baş vermir”.
Qeyd edək ki, bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında danışıqların dəqiq vaxtının müəyyən edilmədiyini deyib.
Günay Rəsulqızı
Globalinfo.az