Putin təcili bu ölkəyə uçur: Dünya savaşının başlaması an məsələsidir

Belarus ordusu Qərb ölkələrinin təhdidi ucbatından daimi döyüş hazırlığı vəziyyətindədir.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç deyib.

Onun sözlərinə görə, Polşanın Ukraynanı öz tərəfinə çəkməsi Minski daha ehtiyatlı olmağa vadar edir. O, həmçinin Qərb ölkələrinin Qara və Aralıq dənizindəki gəmilərinin Belarusu nişan altında saxlamağa kömək etdiyini bildirib.

Volfoviçin açıqlamaları fonunda bu gün Belarusda ölkədəki Rusiya qoşunlarının iştirakı ilə geniş hərbi təlimə start verilib. Rusiya Müdafiə Nazirliyi təlimin nə qədər davam edəcəyini açıqlamayıb. Rəsmi Moskva sadəcə bölgədəki qoşunlarının intensiv döyüş hazırlığı apardığını bildirməklə kifayətlənib.

Ən maraqlı məqam isə bu gün Minskə Rusiya xarici işlər naziri Sergey Lavrovu daşıyan təyyarənin gözlənilmədən eniş etməsidir. Onun ardınca Belarus paytaxtına Rusiya Prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqunun da gəlişi gözlənilir. Putinin Minskdəki gündəminin nə olacağı bəlli olmasa da, birbaşa Ukrayna savaşı ilə əlaqəli olacağı gözlənilir.

ABŞ-nin Müharibə Tədqiqatı İnstitutunun iddiasına görə, tərəflər görüşdə məhz bu savaşın yeni mərhələsi üçün informasiya mühiti formalaşdırmağa cəhd edəcəklər.

Ukraynada da bənzər təhdidlər mövcuddur. Ukraynanın Birləşmiş Qüvvələrinin komandanı Sergey Nayev açıqlama yayaraq, Minsk görüşündə Putinin Belarus ordusunu savaşa cəlb etməyə çalışacağını bildirib. O, həmçinin dekabrın 17-də Putinin Rusiyanın hərbi komandanlığı ilə müharibənin yaxın və orta müddətli hədəfləri haqda müzakirə apardığını vurğulayıb.

Qeyd edək ki, Rusiya savaşın başlanğıcından Belarusu müharibəyə cəlb etməyə çalışsa da, bu cəhdləri uğursuzluqla bitib. Belarus xarici işlər naziri Makeyin qəfil ölümündən sonra Moskva yenidən bu istəklərinin icrasına başlayıb. Bir çox ekspertlər hesab edirlər ki, Belarusun aktiv şəkildə müharibəyə qoşulması Üçüncü Dünya müharibəsinin başlaması anlamına gələcək.

Zaira Akifqızı
Globalinfo.az