Kremldən Paşinyanla görüş açıqlaması: “Çox irəli getməyin…”

Kremlin sözçüsü Dmitri Peskov Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında keçiriləcək görüşlə bağlı açıqlamasında müəyyən planların müzakirə ediləcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, D.Peskov bu mövzuda jurnalistləri çox irəli getməməyə çağırıb.

O, nəzərdə tutulan planlar barədə müzakirə başa çatdıqdan sonra nəticənin elan ediləcəyini söyləyib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan gələn həftə Moskvaya gedəcəyini açıqlayıb.

Ayşən Mustafa
Globalinfo.az