Putin özünün həbs qərarına belə reaksiya verib – Peskov açıqladı

“Rusiya Prezidenti Vladimir Putin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun həbsi üçün order verməsi barədə qərarına sakit reaksiya verdi”.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov konfrans zamanı bildirib.

“Biz həm ölkəmizə, həm də prezidentə qarşı dünyada çox sayda açıq düşmənçilik təzahürləri görürük. Biz bunları qeydə alırıq, lakin bu düşmənçilik təzahürlərinin hər birini ciddiyə alınsa, gedişat yaxşı nəticələnməz. Biz bunu sakit qarşılayırıq və fəaliyyətimizə davam edirik. Ən əsası, prezident öz işini davam etdirir”, – deyə Peskov qeyd edib.