Çavuşoğlu Fransanın “Charlie Hebdo” jurnalını kəskin tənqid etdi – FOTO

“Humanizm anlayışlarından uzaq “Charlie Hebdo” türk xalqını təhqir etməyə davam edir. Unutmayın ki, pisliyə təşviq edənlər hər zaman öz nifrət və fəsadları içində boğularlar”.

Globalinfo.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın “Charlie Hebdo” jurnalının Prezident Rəcəb Tayyib Ərdoğana qarşı təxribat xarakterli nəşrini kəskin tənqid edərkən bildirib.

“Türk xalqının iradəsinə və onun azadlıq istəyinə qalib gələ bilməyənlər (Türkiyə əleyhdarları) çarəsizlik içində hər cür hiylələrə əl atırlar”, – deyə Çavuşoğlu özünün “Twitter” hesabında yazıb.