Rusiya Prezidenti Vladimir Putin ərəb liderlərinə İranla danışıqlar aparacaqlarına söz verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında danışıb.
“Telefon danışığı zamanı demək olar ki, bütün ərəb liderləri Rusiya Prezidenti Vladimir Putindən İran infrastrukturuna edilən zərbələrlə bağlı narahatlıqlarını çatdırmasını istəyiblər”, – deyə o bildirib.
Qeyd edək ki, martın 2-də Putin BƏƏ prezidenti, Qətər əmiri, Bəhreyn kralı və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə danışıb.
Əliyar Xəlil
Globalinfo.az