Priqojinin ölümü onlara sərf edirdi – Çeçen komandan

“Axmat” xüsusi təyinatlılarının komandiri, Rusiyanın 2-ci ordu korpusunun komandan müavini Aptı Alaudinov Yevgeni Priqojinin ölümünün ABŞ və Fransa üçün sərfəli olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

“Vaqner” özəl hərbi şirkəti bizə Afrikada dövlətimizin maraqları naminə sabitliyi qorumaq üçün lazım idi. Burada söhbət yemindən uzaq düşən Fransadan və Afrikada idarəetmə mexanizmlərini itirən ABŞ-dan gedir”, – o bildirib.

Globalinfo.az