Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Globalinfo.Az-ın məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub.
Prezident İlham Əliyev: Təbrik edirəm. Siz nə işlə məşğul idiniz o vaxt?
Kişi sakin: Mən də burada traktorçu olmuşam. 1978-1979-cu illərdə. Sonra şofer olmuşam, kolxozda, üzümlükdə işləmişəm.
Prezident İlham Əliyev: Sonra bəs?
Kişi sakin: Otuz yaşımda da müharibə.
Prezident İlham Əliyev: Hara getdiniz?
Kişi sakin: Bakıya getdik, Buzovnada qalırdıq.
Prezident İlham Əliyev: Qonşuyuq?
Kişi sakin: Qonşuyuq. Allah köməyiniz olsun. Allah Sizi saxlasın.
Prezident İlham Əliyev: İndi də Allaha şükür, qayıtmısınız. Burada məşğulluqla problem var?
Kişi sakin: Yox, yox. Sürücü işləyirəm hələ ki.
Prezident İlham Əliyev: Burada iş çox olacaq. Zəngəzur dəhlizi də kəndin ərazisindən keçir. Burada böyük inkişaf gözlənilir, dəmir yolu da işləyəcək.
Kişi sakin: Çox sevinirik. Allah Sizi sevindirsin. Hər dəfə deyirsiniz, bizi sevindirirsiniz.