Poroşenko daha milyarder deyil

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko milyarder statusunu itirib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, Poroşenkonun sərvəti azalıb.

Belə ki, son ildə eks-prezidentin varidatı 1.6 milyard ABŞ dollarından 730 milyon dollara qədər enib.

Bundan sonra Poroşenkonun adı milyonçular siyahısında yer alacaq.

Qeyd edək ki, 2014-2019-cu illərdə Ukrayna prezidenti olan P.Poroşenko hakimiyyətə gəlməzdən əvvəl biznes fəaliyyəti ilə məşğul olub. O, “Ukrprominvest” şirkətinin təsisçisidir.