Polşalı sürücülər Belarus sərhədində niyə aksiya keçirdi? – Səbəb

Polşadan olan yük maşınları sürücüləri Belarusla sərhəd yaxınlığındakı terminalda etiraz aksiyasına başlayıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.

Sürücülər sərhəd keçidinin yanında yerləşən gömrük terminalında nəqliyyatın hərəkətini dayandırmaq niyyətindədirlər. Hazırda bu, Belarus-Polşa sərhədində fəaliyyət göstərən yeganə yük keçididir.

Daşıyıcılar Rusiya və Belarus qeydiyyatında olan yarımqoşquların ölkəyə girişinə qadağa qoyulmasını, həmçinin Rusiya Federasiyası və Belarus daşıyıcıları tərəfindən Polşada yaradılmış şirkətlərə qarşı tədbir görülməsini tələb edirlər.