Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukraynanın mövqeyinə dair diqqətçəkən bəyanatla çıxış edib.
Globalinfo.az xəbər verir ki, o, Ukraynanın yalnız müdafiə etməyə qadir olduğu sərhədlər daxilində qalmalı olduğunu bildirib.
“Ukraynaya nə etməli olduğunu söyləmək istəmirəm. Amma inanıram ki, Ukrayna müdafiə etməyə qadir olduğu sərhədlər daxilində qalmalıdır”, – o deyib.
Nazir əlavə edib ki, belə sərhədlər daxilində Ukraynanın Qərblə inteqrasiya imkanları qorunub saxlanıla bilər.
Qeyd edək ki, bu, Polşadan Ukraynaya “ərazi itkisinə razılaş” çağırışı kimi dəyərləndirilib.
Tahir Turan
Globalinfo.az