Polşada fermerlərin etirazları davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Euronews” telekanalı məlumat yayıb.
Bildirilir ki, Polşa fermerləri otuz günlük tətilin üçüncü gününü keçirirlər. Nümayişçilər Avropa İttifaqının kənd təsərrüfatı sahəsində apardığı siyasətə və Ukraynadan məhsul idxalına etiraz edirlər.
Fermerlər ölkə boyu əsas yollara girişi bağlayıblar. Etirazlar fonunda çıxış edən Polşanın Baş naziri Donald Tusk isə bildirib ki, Ukraynadakı müharibə haqsız rəqabət üçün bəhanə ola bilməz.
Nümayişçilər Tusk hökumətindən sektorun gəlirliliyini təmin edəcək yeni kənd təsərrüfatı siyasəti hazırlamağı tələb edirlər. Fermerlər aksiyalarını martın 10-na qədər keçirmək niyyətindədirlər.
Əliyar Xəlil
Globalinfo.az