kilse

Polşanın Sanok şəhərindəki Xalq Memarlığı Muzeyinin ərazisində taxtadan tikilən 17-ci əsrə aid katolik kilsəsi yanıb.

Globalinfo.az xəbər verir ki, hadisə avqustun 16-da gecə baş verib.

Alovun qonşu binalara yayılmasının qarşısı alınsa da, kilsəni, o cümlədən buradakı kolleksiyanı xilas etmək mümkün olmayıb.

Bildirilib ki, kilsə bu yaxınlarda bərpa olunmuşdu. Yanğının səbəbi məlum deyil.

yan

Paylaş: