Polşa Prezidenti Karol Navrotski bacısına məxsus geyim brendini reklam etməkdə ittiham olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
“Dövlət başçısı son zamanlar müxtəlif rəsmi və idman tədbirlərində üzərində “Nowrocky” brendinin təsviri olan kapüşonlu şalvar və futbolkalarda görünür. İctimai mənbələr bu brendin 2025-ci ilin sonlarında özəl şirkət tərəfindən qeydiyyata alındığını göstərir. Patent idarəsi şirkətin loqotipinin və brendinin prezidentin bacısı Nina Navrotskayaya məxsus olduğunu bildirir”, – deyə nəşr yazıb.
Polşa Prezidentinin ofisi qeyd edib ki, Navrotskinin bu şirkətlə heç bir kommersiya və ya reklam müqaviləsi yoxdur.
Əliyar Xəlil
Globalinfo.az