“Qərb kəşfiyyat orqanlarının ittihamlarına baxmayaraq, Rusiyanın Avropaya hücum etmək planı yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstanın “Magyar Nemzet” qəzetinə müsahibəsində deyib.
“Ola bilsin ki, bunu edənlər Rusiyanın planları haqqında bizdən daha çox məlumatlıdırlar. Amma ən azı Avropaya hücum planlarımız haqqında heç nə bilmirik”, – o bildirib.
Lavrov təsdiqləyib ki, Qərb ölkələri belə bəyanatlar səsləndirir və Rusiya onları izləyir.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Qərb ölkəsinin Avropaya hücum etmək niyyəti ilə bağlı ssenariləri hər il təkrarlayır.
Əliyar Xəlil
Globalinfo.az