“ABŞ və İsrailin hücumlarına baxmayaraq, İran tutduğu yoldan dönmək istəmir”.
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, insanların qətli, İrana qarşı yönəlmiş cinayətlər ölkənin öz vəzifəsini yerinə yetirməyinə mane olmayacaq:
“Qürur və müstəqillik yolunda möhkəm dayanırıq” , – Pezeşkian bildirib.
İran Prezidenti vurğulayıb ki, Ali rəhbər Əli Xameneinin öldürülməsi uzun müddət İran xalqının yaddaşında qalacaq.
Xatırladaq ki, fevralın 28-də İranın ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.