“Avropa ölkələri ABŞ-ın beynəlxalq aləmdəki təsirini lazımi səviyyədə qiymətləndirmir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Nə vaxtsa Avropa liderləri ABŞ Prezidenti Donald Trampla razılaşmalı və onun istədiyini etməli olacaqlar. Yalnız axmaq adam Vaşinqtonun dünya siyasətinə təsirini düzgün qiymətləndirməz”, -deyə Kremlin sözçüsü bildirib.
O xatırladıb ki, avropalı siyasətçilər Kiyevə silah tədarükünü davam etdirmək istəklərini nümayiş etdirirlər:
“Bu da onların Ukraynadakı münaqişənin davam etdirilməsində maraqlı olduğunu göstərir”.
Əliyar Xəlil
Globalinfo.az