Peskov Zelenskinin iddiasına cavab verdi: “Doğru deyil”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskinin səsləndirdiyi iddialara cavab verib.

Globalinfo.az xəbər verir ki, Ukrayna prezidenti Rusiya hakimiyyətinin iyunun 1-dək 300 min əlavə hərbi personalın səfərbər edilməsinə hazırlaşdığını iddia edib.

Dmitri Peskov isə Zelenskinin əlavə səfərbərlik barədə bəyanatını təkzib edib.

“Bu, doğru deyil”, – Peskov bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ölkədə yeni səfərbərlik dalğasına ehtiyac olmadığını dəfələrlə bəyan edib. Bundan əlavə, Putin könüllülərə diqqət çəkərək, onların sayının çox olduğunu vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az