kremlin peskov ap 1532992

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın ilin sonuna qədər əlavə 300 min hərbçini gizli şəkildə səfərbər etməyi planlaşdırdığı barədə məlumatları təkzib edib.

Globalinfo.az xəbər verir ki, Peskov bu barədə yayılan iddiaların həqiqətə uyğun olmadığını bildirib.

Qeyd edək ki, “Bloomberg” daha əvvəl Avropalı təhlükəsizlik rəsmisinə istinadən Rusiyanın ilin sonuna qədər 300 min nəfərin gizli səfərbərliyini həyata keçirməyi planlaşdırdığı barədə məlumat yayıb.

Rusiya tərəfi isə bu iddiaları rədd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: