Stoltenberqin səfəri haqda Kremldən ikibaşlı açıqlama

“Rusiya NATO-nun Cənubi Qafqaz ölkələri ilə təmaslarını diqqətlə izləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Qafqaz ölkələrinin NATO ilə təmasları onların suveren hüququdur. Rusiya bunu izləyir, lakin ikitərəfli münasibətlərə də diqqət yetirir. Alyansın öz təsirini genişləndirmək cəhdləri çətin ki, sabitlik gətirsin”, – D.Peskov bildirib.

Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan və Gürcüstandan sonra Ermənistana səfər edib.

Ayşən Mustafa
Globalinfo.az