Perviz muserref

***
10:42

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf vəfat edib.

Globalinfo.az xəbər verir ki, Müşərrəf BƏƏ-də dünyasını dəyişib. Onun bir müddətdir Dubayda müalicə aldığı xəstəxanalardan birində öldüyü vurğulanıb.

Qeyd edək ki, o, 2001-ci ildə Pakistan prezident kürsüsünə hakimiyyət çevrilişi ilə gəlib. Bundan sonra İslamabada qarşı beynəlxalq təzyiqlər başlayıb, lakin ABŞ-da baş verən 11 sentyabr hadisələri, daha sonra Əfqanıstanda həyata keçirilən əməliyyatlara dəstək verməsindən sonra ona qarşı yumşalma olub. 2002-ci ilin aprelində ölkədə keçirilən referendumun nəticələri Müşərrəfə daha 5 il müddətinə iqtidarda qalma hüququ verib. O, 2008-ci ildə prezident vəzifəsindən istefa verib.

Məhz onun dönəmində Azərbaycanla Pakistan arasında sürətli yaxınlaşma start götürüb.

Paylaş: