peru 9

Peru hökuməti İranla diplomatik əlaqələri kəsmək barədə qərar qəbul edib.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Peru Respublikası hökuməti İran İslam Respublikası ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib”, – bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi qərarın xüsusən Yaxın Şərqdəki vəziyyət və İranın Hörmüz boğazındakı hərəkətləri ilə əlaqəli olduğunu açıqlayıb.

Nazirlik həmçinin vurğulayıb ki, diplomatik əlaqələrin kəsilməsi konsulluq əlaqələrinin dayandırılmasını nəzərdə tutmur.

Paylaş: