Paytaxtda iki qadın maşının altında qaldı – VİDEO

 

Bakıda 2 piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yasamal rayonu Mətbuat prospektində V.Göyüşov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən 2 qadını vurub. Nəticədə 1966-cı il təvəllüdlü Təranə Ocaqverdiyeva və 1981-ci ildə anadan olmuş Gülnamə Şəmmədova ağır xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib və onlar xəstəxanaya aparılıblar.

Qeyd edək ki, ilkin məlumatda qadınların vəfat etməsi bildirilsə də, sonradan onların sağ olmaları müəyyənləşib.

Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.