
Pavel Durov Fransanı tərk edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.
“Telegram”ın həmtəsisçisi Pavel Durov məhkəmənin icazəsi ilə Dubaya yollanıb.
Qeyd edək ki, o, Fransada istintaq altında idi və məhkəmə nəzarətində saxlanılırdı. Durov 5 milyon avro girov müqabilində azadlığa buraxılmış və ona Fransanı tərk etmək qadağan edilmişdi.
İstintaqın detalları açıqlanmayıb.
Aysel Əliyeva
Globalinfo.az