pasinyan yeni 81

Ermənistan Baş naziri Nikol Paşinyanın rəsmi saytında yayımlanmış xaç fotosu müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, erməni siyasətçi Edqar Qazaryan bunun “simvolik olduğunu” iddia edib.

“Baş nazirin rəsmi saytında Ermənistanın Tarix Muzeyinə səfərindən çox simvolik foto dərc olunub. Sonunuzu görün, erməni xristianlar. Sizi nə gözlədiyini bilin”, – deyən E.Qazaryan xaçın bir hissəsinin qırılmasına eyham vurub.

O, Ermənistanın AzərbaycanTürkiyə ilə yaxınlaşmasının guya erməni xristianlar üçün arzuolunmaz nəticələrə gətirib çıxaracağını qeyd edib.

varchapeti pashtonakan kayqum n337974 256 1

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: