nikol pashinyan

Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı 5–11 may tarixlərində sorğu aparılıb.

Globalinfo.az xəbər verir ki, sorğuda 1551 nəfər iştirak edib.

“İyunun 7-də keçiriləcək seçkilər ərəfəsində hakim “Vətəndaş Müqaviləsi” tərəddüdsüz seçicilərin təxminən 65 faizinin səsini qazana bilər”, – deyə erməni mediasında qeyd edilib.

Bildirilib ki, müxalifət düşərgəsində heç bir partiya 12 faizlik həddi keçə bilmir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: