elsen ibrahimov

Xəbər verdiyimiz kimi, Rusiyanın Moskva vilayətində Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov bu ölkənin vətəndaşlığından çıxarılıb.

Məsələ ilə bağlı Globalinfo.az Elşən İbrahimovla əlaqə saxlayıb.

O, xəbəri təsdiq edib:

“Üzrlü sayın, hələlik bu barədə ətraflı nəsə deyə bilməyəcəm. Azərbaycana qayıtdıqda ətraflı danışacam. İndi danışmamağım məsləhətdir”.

Elşən İbrahimov 1998-ci ildən Rusiyada yaşadığını bildirib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: