Paşinyanın adamları silahlanmağa başladı

Ermənistanın baş nazir aparatının işçiləri ümumi dəyəri 1 milyon erməni dramından çox olan 14 silah alıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Yanvarın 25-də baş nazir aparatı ilə silah və sursat, hərbi və ov ləvazimatları mağazalar şəbəkəsi olan Yeger MMC müqavilə imzalayıb.

Məlumata görə, baş nazirin əməkdaşları 14 ədəd Baykal MР-71 tapançası alıblar.

Bir tapançanın qiyməti 100 min 800 dram olub.

Ayşən Mustafa
Globalinfo.az