“Ermənistan cəmiyyəti sülh uğrunda ayağa qalxmalıdır”.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Sünik bölgəsində (Qərbi Zəngəzur) seçki kampaniyası çərçivəsində seçiciləri ilə görüşündə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Biz dövlət və sülh uğrunda ayağa qalxmalıyıq”, – o bildirib.
Nikol Paşinyan bölgə sakinlərini mayın 28-də İrəvanda keçiriləcək hərbi parada qatılmağa da çağırıb:
“28 mayda kimin imkanı varsa, “Respublika” meydanına gəlsin. Son illərdə baş verənləri sizə göstərmək istəyirik. Ordumuzda baş verənləri sizə göstərmək istəyirik”.
Baş nazir Ermənistanın yaşamaq uğrunda mübarizə dövrünü keçdiyini söyləyib:
“Yaşamaq vaxtı gəldi”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.