Paşinyandan “rus NATO-su”na təhdid: Bakıya qarşı çıxmasanız…

“KTMT-nin bizim mövqeyimizi dəstəkləyəcəyinə ümid edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Əlbəttə, situasiya qəribədir, hər şey əksinə olmalı idi. KTMT bizim mövqeyimizi dəqiq müdafiə etməli, biz isə digər tərəfdaşlarla mövqeyimizi uyğunlaşdırmaqla bağlı çalışmalı idik. İndi isə hər şey əksinədir. Ümid edirəm ki, biz bu konsensusu 23 noyabrda KTMT sammitində tapacağıq”, – o bildirib.

Paşinyan, həmçinin Azərbaycanla KTMT arasında savaşı alovlandırmaq istəmədiklərini də deyib. Bununla belə, o, Rusiyanı təhdid edərək, Ermənistanda KTMT-yə münasibətin məhz alyansın ölkənin “ərazi bütövlüyü” ilə bağlı məsələyə baxışından asılı olduğunu söyləyib.

İlkin
Globalinfo.az