Paşinyan və Makron Cənubi Qafqazdakı prosesləri müzakirə etdi

Nüvə Enerjisi Sammiti çərçivəsində Ermənistanın Baş nazir Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Globalinfo.az xəbər verir ki, tərəflər Cənubi Qafqazda baş verən prosesləri müzakirə ediblər.

Görüşdə Ermənistan və Fransa arasında yüksək səviyyəli siyasi dialoqun əhəmiyyəti qeyd edilib və çoxsahəli əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və Cənubi Qafqaz regionunda baş verən proseslər əsas müzakirə mövzusu olub.

Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafı və genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əliyar Xəlil
Globalinfo.az