Paşinyandan Moskvaya zərbə: Rusların Zəngəzura girişinin qarşısı alınır

“Ermənistan hökuməti nəyin bahasına olursa-olsun Qafanda Rusiya konsulluğunun açılmasının qarşısını almağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Mülki Müqavilə Partiyasının Qafan şöbəsi bir neçə aydır israrla çalışır ki, Rusiya konsulluğunun açılması baş tutmasın. Konsulluğun açılmasının əsas əleyhdarı partiyanın Qafandan olan deputatı Marina Kazaryan hesab olunur. Məhz o, konsulluğun açılmaması üçün imzatoplama kampaniya aparıb” – deyə qəzet bildirib.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov konkret tarix göstərmədən yaxın vaxtlarda Rusiyanın Qafanda konsulluq açmaq niyyətində olduğunu bildirib.

Bundan sonra 2023-cü ildə noyabrın 2-də Rusiya hökuməti Qafanda baş konsulluğun açılması haqqında razılaşmanı təsdiqləyib.

Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvanın Qafanda konsulluq açmaq istədiyini deyib, İrəvan da buna razılaşıb.

Xatırladaq ki, hazırda Qafanda yalnız İranın konsulluğu var.

Zaira Akifqızı
Globalinfo.az