Pasinyan Putin 1421

Ermənistanın Baş naziri Nikol Paşinyanda koronavirus aşkar edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Paşinyan Feysbukda yazıb.

Onun sözlərinə görə, dekabrın 23-də verdiyi testin nəticəsi müsbət çıxıb:

“Bazar ertəsi, yəni dekabrın 23-də COVID testim müsbət çıxdı. Ayın 23 və 24-də özümü təcrid etdim və iqamətgahımdan işlədim. Dekabrın 25-də nəticələr artıq mənfi oldu, adi iş rejimimə qayıtdım”.

N.Paşinyan Rusiyada keçiriləcək sammitə qatılmayacağını bildirib:

“Həmkarlarımla məsləhətləşdikdən sonra qərara gəldim ki, bu gün Sankt-Peterburqda keçiriləcək MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyim. Günün sonuna kimi sabah Avrasiya İqtisadi Birliyi (Aİİ) Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar qəbul edəcəyəm”.

Qeyd edək ki, sosial şəbəkənin Ermənistan seqmentində Paşinyanın MDB liderlərinin sammitində iştirakdan yayınmaq üçün koronavirus iddiasını ortaya atdığı deyilir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: