“Sentyabr döyüşlərinin ikinci ildönümü olmasına baxmayaraq Ermənistan rəsmilərindən heç biri “Yerablur”a gedib həlak olanları ziyarət etmədi”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur.
Nəşr yazır ki, 2022-ci il sentyabrın 12-14-ü tarixlərində Azərbaycan və Ermənistan sərhədində baş verən silahlı toqquşmada təminən 200-ə yaxın erməni hərbçi həlak olub. Döyüşlərin ildönümündə hökumət nümayəndələrinin həlak olanların məazını ziyarət etməsi gözlənilsə də, “Yerablur” qəbiristanlığına hakim Mülkü Müqavilə Partiyasından heç kim getməyib.
Məlumata görə, döyüşlərdə 290-dan çox yaralı olub. Lakin heç ölən erməni hərbçilərin də siyahısı 2 ildə dəqiq açıqlanmayıb. Həlak olanların hamısının adları və konkret say bəlli deyil.
Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağda keçirilən antiterror əməliyyatlarında ölənlərin də məzarını ziyarət etmədiyi vurğulanır.
Əliyar Xəlil
Globalinfo.az