sirri

Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndər vəfat edib.

Globalinfo.az xəbər verir ki, o, çoxsaylı orqan çatışmazlığı səbəbindən vəfat edib.

Həmçinin rejissor, ssenarist, prodüser kimi də tanınan Öndər, aprelin 15-i infarktı keçirməsi səbəbilə xəstəxanaya yerləşdirilmişdi.

Onun müalicəsi 18 gün idi ki, davam edirdi.

Qeyd edək ki, o, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Türkiyədə başlatdığı və ölkə daxilində kürd xalqı ilə bağlı problemlərin həllinə yönəlmiş prosesin əsas iştirakçılarından idi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: