Paşinyan ermənilərin hədəfində: Ərdoğana görə Türkiyəyə uçdu, amma…

Ermənilər Baş nazir Nikol Paşinyana kəskin qəzəbləniblər.

Gobalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində çoxsaylı paylaşımlar edilir.

Qəzəb dalğasına səbəb isə Paşinyanın hələ də separatçıların yeni başçısını təbrik etməməsi olub.

“Paşinyan Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə uça bilir, ancaq Qarabağın yeni “seçilmiş” “prezidenti” Samvel Şahramanyanı isə təbrik belə etmədi. Bax, Ermənistanın hazırkı hakimiyyətinin prioritetləri belədir”, – deyə şərhlərdən birində qeyd edilir.

Xatırladaq ki, bu gün separatçı S.Şahramanyanın “andiçmə” mərasimi keçirilib.