Paşinyan ermənilərin “əsl Ermənistan”a dönüş etdiyini açıqladı

“Biz müstəqilliyimizə, suverenliyimizə, dövlətçiliyimizə ölkəmizin təhlükəsizliyinin təminatı üçün vacib alət kimi baxırıq”.

Globalinfo.az xəbər verir ki, bunu iyunun 15-də Ermənistan baş naziri Nikol Paşinyan deyib.

“Mənim qiymətləndirməm belədir ki, bu ideologiya yavaş-yavaş cəmiyyətdə kök salır. Əsl Ermənistan ideologiyası ondan ibarətdir ki, xalq, vətəndaşlar, dövlət institutları Ermənistanın ehtiyaclarına diqqətlərini yönəltməlidirlər. Başqa sözlə, bizim bütün fəaliyyətimizin mənası, hədəfi bu olmalıdır ”, – deyə o bildirib.

Qeyd edək ki, Paşinyan bundan öncə dəfələrlə çıxış edərək ermənilərin xəyali Ermənistandan əl çəkməli olduğunu deyib. Onun bu çıxışı, xüsusilə diaspora, müxalifət və kilsədə narazılığa səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az