
Dərbənddə keçirilən antiterror əməliyyatının aktiv mərhələsi başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi (NAC) məlumat yayıb.
“Dərbənd şəhərində antiterror əməliyyatının aktiv mərhələsi başa çatıb. Terrorla mübarizə zamanı iki yaraqlı məhv edilib”, – məlumatda bildirilib.
Videonu təqdim edirik:
***
Dərbənddə hücum edən daha bir şəxs saxlanılıb.
Globalinfo.az xəbər verir ki, görüntülərdə terrorçunun sinaqoq ərazisində saxlanıldığı an əks olunub.
***21:56
Dərbənddə silahlı hücum törədən şəxslər saxlanılıb.
Globalinfo.az bildirir ki, çimərlikdə əaparılan əməliyyat zamanı 3 şəxs hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən yaxalanıb.
Videonu təqdim edirik:
***
Dağıstanın (Rusiya Federasiyası) Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb.
Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi isə bildirib ki, həmin şəxslərlə silahlı atışma zamanı bir polis əməkdaşı ölüb.
Dərbənd merinin səlahiyyətlərini icra edən Əhməd Quliyev bildirib ki, kilsə və sinaqoqa hücumdan sonra Dərbənddə hüquq-mühafizə orqanları həyəcan siqnalı ilə ayağa qaldırılıb.
Onun sözlərinə görə, hazırda bütün lazımi tədbirlər görülür.