Tayvan sahillərində güclü zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, ocağı 17 kilometr dərinlikdə yerləşən zəlzələ adanın şərq sahillərində yerli vaxtla saat 22:27-də 5,4 bal gücündə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.