9A2A4E22 6CB3 470A 91A2 D7EFB56C2AE0 w640 h360 s

Dərbənddə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silahlılar arasında qarşıdurma davam edir. Silahlılarla atışmaların getdiyi Dərbəndə köməyə gələn Dağıstan İşıqları Polis İdarəsinin rəisi öldürülüb.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dərbəndli həmkarlarına köməyə gələn Dağıstan İşıqları polis idarəsinin rəisi ağır yaralanıb. Həkimlər ona kömək edə bilməyib və o, həlak olub”, – idarədən bildirilib.

Xatırladaq ki, Mahaçqala və Dağıstanda iki kilsə və bir sinoqoqa hücum edilib. Hazırda hər iki şəhərdə terrorçulara qarşı əməliyyat keçirilir.

Paylaş: