Priqojin kabusu qayıdır? – “Vaqner”lə bağlı yeni iddialar

“Vaqner” özəl hərbi şirkəti ilə əməkdaşlıq edənlər Priqojinin Putinə qarşı qaldırdığı qiyamın il dönümündə hansısa addım atmağı planlayırlar.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Rusiya hökumətyönlü mətbuatı çıxış edib.

Məlumata görə, bu barədə informasiya Priqojinə yaxınlığı ilə seçilən İlya Qorbunov və Kiril Metelevin Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanmasından sonra yayılmağa başlanıb.

Rusiya Teleqram kanallarının iddiasına görə, guya “Vaqner” tərəfdarlarının Moskva və Kremlə yürüş edəcəkləri də saxlanılan şəxslərin planları sırasına daxil olub.

Bununla belə rəsmi dairələr hələlik yayılan məlumatları təsdiqləməyiblər.

Qeyd edək ki, Yevgeni Priqojin keçən ilin yayında gözlənilmədən Putinə qarşı qiyam qaldırmışdı. Nəticədə onun tabeliyindəki dəstələr Rusiyanın cənubundakı bir sıra şəhərlərə o cümlədən Cənub Hərbi Dairəsinə nəzarəti ələ keçirmişdilər. Bundan sonra onlar Moskvaya üz tutsalar hücum qəfildən dayanmışdı. Priqojin qiyamı dayandırdığını elan etdikdən bir neçə həftə qəfildən təyyarə qəzasında özünün əsas komandası ilə birgə həlak olmuşdu.

Safura Bənnayeva
Globalinfo.az