Paşinyan elan etdi: “O sənədə imzamı atmağa hazıram”

WhatsApp Image 2024 03 04 at 12.36.05

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, baş nazir bununla bağlı Feysbuk hesabında paylaşım edib.

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi razılaşdırılıb, imzalanması gözlənilir. Mən o sənədin altına imzamı atmağa hazıram”, – Paşinyan bildirib.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov sülh müqaviləsinin mətninin tam razılaşdırıldığını və İrəvanın bütün tələbləri qəbul etdiyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az