Ermənistanın Baş naziri Nikol Paşinyan Karen Andreasyanı beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə təyin edib.
Globalinfo.az xəbər verir ki, əvvəllər bu vəzifəni Yegişe Kirakosyan tutub, lakin o, mart ayında işdən azad edilib.
Karen Andreasyan 2021-2022-ci illərdə Ədliyyə Nazirliyinə rəhbərlik edib, daha sonra Ali Məhkəmə Şurasının sədri təyin edilib.
O, bir müddət sonra vəzifəsindən istefa verib və səlayihhətləri icra etmək istəmədiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az