Rusiya Aerokosmik Qüvvələrinin (VKS) silahlanma üzrə baş komandan müavini, general-polkovnik Yuri Qrexov həbs edilib.
Globalinfo.az bildirir ki, Moskvanın 235 saylı Qarnizon Hərbi Məhkəməsi Qrexov barəsində həbs qətimkan tədbiri seçib.
Generala qarşı irəli sürülən ittihamın mahiyyəti açıqlanmayıb.
“Baza”nın məlumatına görə, o, xüsusilə böyük miqdarda rüşvət almaqda şübhəli bilinir.
Qeyd edək ki, Yuri Qrexov 1979-cu ildən hərbi xidmətdədir. O, hava hücumundan və raket hücumundan müdafiə qoşunlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.