vahid elekberov

LUKOIL-ın beynəlxalq bazardan çıxmaq qərarı şirkətin öz istəyi ilə deyil, siyasi amillərlə bağlı idi”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan əsilli rusiyalı milyarder, LUKOIL-ın sahibi Vahid Ələkbərov “Vesti”yə açıqlamasında deyib.

O bildirib ki, şirkətin beynəlxalq bazara qayıtmaq üçün şansı var:

“LUKOIL beynəlxalq bazardan çıxmaq qərarını təkbaşına verməyib. Bu məsələ daha çox siyasi xarakter daşıyır. Onlar bizi beynəlxalq bazardan çıxmağa sövq edir. Qapını tamamilə bağlamasaq da, yenə də geri qayıtmağa ümid edirik. LUKOIL-ın qüsursuz nüfuzu onun beynəlxalq bazarlara qayıtmasının qarantı olmalıdır.  Bizə tələbat var. Axı, bütün bu illər ərzində dünyanın hər yerindən – Afrikadan, Latın Amerikasından və Şərqdən yalnız müsbət rəylər almışıq. Ümid edirəm ki, şirkət öhdəliklərinə sadiq qalmağa davam edəcək və bu ölkələr bizi geri çağıracaqlar”.

Qeyd edək ki, Amerikalı milyarder Todd Boehly ABŞ-ın dəstəyi ilə Rusiyanın LUKOIL enerji şirkətinin beynəlxalq aktivlərini almaq üçün 10 milyard dollarlıq müqavilə imzalayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: